TSW Print Document | TSW (TuSi Web) 5.4.43 (beta) | TusiSoft | 28 Mart 2024, Cümə axşamı


Virtual Tədris

SAHİBKARLIĞA HAZIR OLDUĞUNUZU BİR DAHA TESTDƏN KEÇİRİN

Sabit Bağırov.

Aşağıdakı sualları özünüzə verin və əgər hamısına cavab "HƏ" olarsa, Sizin uğurlu sahibkar olmaq şansınız yüksəkdir:

  1. Son illərdəki məşğuliyyətinizin sahibkarlıqla hər hansı əlaqəsi varmı?
  2. Xobbinizin və hansısa bacarığınızın (məsələn, əl qabiliyyətinizin) gələcək sahibkarlıqla hər hansı əlaqəsi varmı?
  3. Ümumiyyətlə Siz fəal insansınızmı?
  4. Uğursuzluqları asan keçirirsinizmi?
  5. Açıq və dürüst insansınızmı?
  6. Tanımadığınız şəxslə ünsiyyət qurmaq bacarığına maliksinizmi?
  7. Sülhməramlısınızmı?
  8. Analitik səriştəniz varmı? Problemlə rastlaşarkən onu həll etmək yollarını müəyyənləşdirə bilirsinizmi?
  9. Tacirlik bacarığına maliksinizmi?
  10. Sağlamlığınızdan tez-tez şikayət etmirsiniz ki?
  11. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün təkidli ola bilirsinizmi?
  12. Fantaziya qabiliyyətiniz varmı?
  13. Ailəniz Sizi dəstəkləyəcəkmi?

Mənbə: Sahibkar Ol (sahibkarlıq bələdçisi).

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır.