Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Xüsusi razılıqlar və icazələr almalısan

Xüsusi razılıqlar və icazələr almalısan

Hörmətli sahibkar! İstər hüquqi, istərsə də fiziki şəxs olaraq fəaliyyətə başlamazdan əvvəl bilməlisiniz ki, bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçün müvafiq dövlət qurumu tərəfindən verilən xüsusi razılıq (lisenziya) sənədiniz olmalıdır.

Azərbaycan Respublikası prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 saylı "Ayrı-ayrı fəalıyyət növlərinə xüsusi icazə (lisenziya) verilməsinin təkmilləşdirilməsi haqqında" fərmanı sahibkarlıq fəalıyyətinin lisenziyalaşdırılmasının hüquqi tənzimləyən əsas sənəddir. Bu fərmanla "Azərbaycan Respublikasında ayrı-ayrı fəaliyyət növlərinə xüsusi icazə (lisenziya) verilməsi qaydaları" və xüsusi icazə (lisenziya) almalı olan fəaliyyət növlərinin siyahısı, eləcə də bu fəaliyyət növlərinə lisenziya verən orqanlar təsdiqlənib. Lisenziyalaşdırma ilə bağlı daha geniş məlumat əldə etmək üçün aşağıdakı sənədlərlə tanış olmağı təklif edirik:

» Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında AR Prezidentinin FƏRMANI

» Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar

» Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri

Hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalarla yanaşı müxtəlif növ icazələr tətbiq olunur. Belə ki, indi ölkəmizdə 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy istənilir. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı isə 305-dir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsi sahəsində qayda-qanun yaradılmasına və şəffaflığın təmin olunmasına yardım məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli 509 nömrəli fərmanına uyğun olaraq "İcazələrin elektron informasiya portalı" yaradılmışdır. Xüsusi icazə tələb olunan fəaliyyətlərin siyahısı və icazəni hansı dövlət qurumunun verdiyini öyrənmək üçün portalın "İcazələr" bölməsinə baxmaq lazımdır.

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır. 


1 ... 5 6 7 ... 12